www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Azərbaycanlı qadın Estoniyanın populyar siyasi partiyasının lideri seçildi
24 Aprel 2017 16:56

Oxunub: 309



Bu yaxınlarda Estoniyanın “Estoniya yaşılları” partiyasının qurultay keçrilirb. Həmin qurultayda Züleyxa İsmayılova partiyanın yeni lideri seçilib.

“Mən partiya sədrliyinə namizədliyini irəli sürən yeganə şəxs olmamışam. Məndən başqa partiyanın əvvəlki lideri Aleksandr Laane də öz namizədliyini irəli sürmüşdü”, İsmayılova Estoniyanın rus.err.ee portalına verdiyi müsahibədə deyib.

İndi Aleksandr Laane partiyada sədr müavini postunu tutur. İsmayılovanın dgər müavini isə Andrey Qudimdir.

İsmayılovanın sözlərinə görə,”Yaşıllar” Tallinndəki seçkilərdə öz siyahısı ilə iştirak edəcək. Qalan bölgələrdə isə müxtəlif siyasi ittifaqlarla birlikdə hərəkət edəcəklər..

Züleyxa İsmayılova özünün seçkidə iştirakını istisna etməyib.

Qeyd etmək lazımdır ki, əvvəllər eko-aktivist və jurnalist kimi tanınan İsmayılova “Yaşıllar” partiyasına 2015-ci ildə üzv olub.

Bundan öncə, 2005-2012-ci illərdə Sosial-demokrat partiyasının üzvü imiş. 2016-cı ilidə isə o, Anne&Stiil jurnalının verisyasına görə, Estoniyada “İlin qadını” seçilib. İsmayılovanın anası eston, atası isə azərbaycanlıdır.

Siyasi müşahidəçilər “Yaşıllar”ın populyarlığının getdikcə artdığna diqqət çəkirlər. Partiyanın növbəti seçkilərdə 5%-lik baryeri keçmə ethimalı olduqca qüvvətlidir. Bundan başqa “Yaşıllar” 18-25 yaşlı gənclər arasında 13%-lik nüfuza malikdir (Haqqın.az).

Politico.az



Oxşar xəbərlər

Top 10
ARXIV