www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Manatı ucuzlaşdıracaq QƏRAR: 1 dollar = 1 avro
22 Aprel 2017 15:35

Oxunub: 168



Dünyada dolların məzənnəsini artıracaq qərar gələn həftə açıqlanacaq.

Cebhe.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp dolların məzənnəsinin artmasına böyük təsiri olacağı deyilən vergi islahatlarını gələn həftə açıqlayacağını deyib.

ABŞ mətbuatının yazdığına görə, gələn həftənin çərşənbə günü prezidentin vergi islahatını açıqlayacağı gözlənilir. Ancaq prezidentin açıqlaması bundan daha əvvəl də verilə bilər. Ekspertlər hesab edir ki, Trampın fiziki və hüquqi şəxlərə tətbiq ediləcək vergi endirimi dolların məzənnəsini artıracaq. Dolların məzənnəsinin artması isə dünya valyutaları ilə yanaşı Azərbaycan manatının da ucuzlaşmasına səbəb ola bilər. Manatın ucuzlaşması isə Azərbaycanda iqtisadi aktivliyi daha da zəiflədəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, bu qərar enerji daşıyıcılarının qiymətinin ucuzlaşmasına səbəb olacaq:

“Çox güman ki, bu qərarın qüvvəyə minməsi bir neçə ay çəkəcək. Çünki qərarın imzalanmasından sonra prosedur qaydaları icra olunmalıdır. Amerikada qanunların qüvvəyə minməsi çox ağır prosesdir. Hər halda həm respublikaçılar,  həm də demokratlar böyük ölçüdə vergi endirimlərinə razıdırlar. Burada əsas dolların məzənnəsinə təsir məsələsi deyil. Bu qərarın müəyyən parametrlərdə dünya iqtisadiyyatına təsir etmək imkanları var. Nəzərdə tutulmuş qanun layihəsində 15 faizə qədər gəlir vergisindən endirim etmək məsələsidir. Əsas məsələ isə bu qərarın enerji sektoruna aid edilməsidir. Bu qərar qüvvəyə minərsə neft, daş kömür və ya digər enerji daşıyıcılarının hasilatını kəskin artıra bilər. Hesab edirəm ki, bunun dünya iqtisadiyyatına daha ciddi təsirləri olacaq. Vergi endirimləri olarsa, neft şikərtləri tapdığı yeni neft yataqlarını işə salacaq ki, bu da dünya bazarında qiymətlərə ciddi təsir. Enerji sektorundan yaranacaq canlanma, neftin qiymətlərinin ucuzlaşmasına səbəb olacaq”.

N.Cəfərli hesab edir ki, bu qərar dolların  məzənnəsinin artmasına səbəb olacaq. Onun sözlərinə görə, ilin sonuna qədər dolların bahalaşmasını müşahidə ediləcək:

“Digər tərəfdən bu qərarın dolların məzənnəsinə təsiri qısa zamanda baş verməyəcək. Amma bu qərarın fonunda, həm də Federal Rezerv Sistemi nəzərdə tutduğu kimi bu il 2 dəfə faiz artımına getsə, bu zaman dolların dünyadakı indeksi kəskin bahalaşa bilər. 20-30 faiz nisbətində bahalaşma mümkün deyil. Bu iki faktor ilin sonuna qədər dollar-avro məsənnəsini bərabərləşdirə bilər. Yəni, 1 dollar 1 avroya bərabər olar ki, bu da dünya valyutalarına ciddi təsir göstərə bilər. Çox güman ki, hər iki faktor üst-üstə düşərsə, belə də olacaq. Amma dolların kəskin bahalaşması heç ABŞ iqtisadiyyatına da sərf etmir. Çünki dollar kəskin bahalaşsa, bu ixracata mənfi təsir göstərəcək. Amma nəzarət olunacaq səviyyədə bahalaşacağını görəcəyik”.

Politico.az



Oxşar xəbərlər
Top 10
Prezident Ramiz Mehdiyevi “Şöhrət” ordeni ilə təltif edib – FOTO
Sabaha olan hava proqnozu açıqlandı
Tramp Suriyada Rusiya mövqelərini vurmağı təklif etdi
İRƏVANDA KÜTLƏVİ İTAƏTSİZLİK AKSİYALARI BAŞLADI – Tələbələr yolları bağlayır – CANLI
Sabaha olan hava proqnozu açıqlanıb
Aztəminatlı əhaliyə edilən yardımın məbləği açıqlandı
İLHAM ƏLİYEV AND İÇDİ – Yenilənib
Konstitusiya Məhkəməsi sabah qərar verəcək
Yerevanda etirazçılar prezident iqamətgahını blokadaya alıb
Atəşkəs rejimi 76 dəfə pozulub
ARXIV