www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
“Yuan-dollar savaşından hansı qalib çıxacaq?” – Təhlil
02 İyun 2016 00:30

Oxunub: 145



Rusiya və Çin dünya neft bazarının iş qaydasını kökündən dəyişən yeni maliyyə aləti yaradır. Şərqin bu ki ölkəsi karbohidrogen birləşmələri üzrə xarici ticarətin həcmini aşkar şəkildə artırmaqdan başqa qara qızıla dollarla  qiymət qoymağa son verməyi qərara alıb. Neft yuanı çoxqütblü valyuta sisteminə, yəni hesablaşmada valyutanın müxtəlif növlərini götürən və çağdaş dünya düzəninin qüvvələr nisbətini əks etdirən sistemə keçidi asanlaşdırmaq vədi verən strateji xarakterli ödəniş vasitəsidir.

Neft qiymətlərini formalaşdırmaq üçün Çinin mərkəz yaratmaqla bağlı ciddi planları hada ilk məlumat Amerika KİV-ə 2012-ci ildə sızdı. Bu plnalar barədə şayiələr əvvəllər də dolaşırdı, lakin üç il əvvəl azdan-çoxdan konkret fəaliyyət planı formalaşmağa başladı. Çin Kommunist Partiyasına daha üç il lazım gəldi ki, neftin birja alveri planında Amerika hegemoniyasına hücumda iki mümkün variantdan birini seçsin. Qərar bir neçə gün öncə qəbul edildi və KİV-də səsləndirildi.

Hazırda dünyada neft qiymətinin formalaşdırılması möhkəm şəkildə Amerikanın Kuşinq məkanında (Oklahoma ştatı) yerləşən “NYMEX” əmtəə birjasına və daha çox “Layt Svit” kimi tanınan “West Texas Intermediate” neft növünə bağlıdır. Nəticədə Çinin idxal etdiyi neftin qiyməti Yer kürəsinin tam başqa bir yerində bazar konyunkturası ilə müəyyən edilən durum yaranır və ümumiyyətlə, bu, Çində istifadə edilən neftin deyil, başqa neft növünün qiymətidir. Çin idxalatçılarının “Oklahomada WTI-nin qiyməti plyus-minus İKS dollar” formulu üzrə müqavilə bağlamağa məcbur olduğu durum Çin rəhbərliyini qane etmir. ICE birjasında ticarəti gedən “Brent” növünə bağlılıq variantı da bu səbəbdən çinlilərə əl vermir.

Neft bu yaxınlaradək ancaq dollarla alınıb satılırdı. Neft dollarının varlığı ABŞ-ın öz borc yükü ilə yetərincə sərbəst davranmağa imkan verən amillərdən biridir. Çünki neft ixracatçısı ölkələr öz dollar gəlirini dollar maliyyə alətində “qeydə alır”, neft istehlakçısı ölkələr isə dollara əlavə tələbat yaradır. Bütünlükdə beynəlxalq və xüsusən də neft ticarətində dollardan istifadənin azaldılması ABŞ-a müəyyən ziyan vurur, digər tərəfdən isə dolları öz valyutası əvəz edən emitent (öz fəaliyyətini maliyyələşdirmək və inkiaşf etdirmək üçün qiymətli kağızlar buraxan təşkilat, fiziki şəxs-tərc.) ölkəyə səmərə gətirir.

Çin Kompartiyası əvvəlcə alternativ kimi Çində neft fyuçerslərinin buraxılışını nəzərdən keçirirdi. Bu zaman qiymət təyini dollarla saxlanacaqdı. Yekunda Çin daha sərt, yeni müqavilənin təkcə Çin gerçəkliklərinə coğrafi bağlılığı deyil, həm də qiymətlərin yuana keçirilməsini nəzərdə tutan başqa variantın üzərində durdu. Bu isə neft dollarının sarsıdılmasına ciddi sifarişdir – xüsusən də Çinin böyük neft idxalatçısı olduğu nəzərə alınmaqla.

Bu qərar 2015-ci ilin oktybarında qəbul edildi. Şanxay əmtəə birjasında  ”Shengli Oil Field” nefti əsasında “kokteyl”lə Çinə tədarük edilən neft fyuçersi buraxılıb və (ən başlıcası) qiymətin formalaşması yuanla olacaq. Müqavilənin həqiqi mənada kürəsəl olmağı üçün Çin banklarının özəl yuan hesabları açacağı xarici şirkətlər və yatrımçılar ticarətə buraxılacaq (http://english.cntv.cn/2015/…

Bu fonda sual meydana çıxır ki, neft rublu necə keçinir? Sözsüz ki, ABŞ Konqresinin “Роснефть”-in “Морган Стэнли”-dən neft biznesini satın almağını yasaqlaması ümumdünya ticarət sisteminin işə salınması və neftin rublla tədarükünə böyük problem yaratdı. Rusiyanı alçaltmaqdan ötrü Vaşinqtonla Brüsselin başlatdığı “iqtisadi müharibə” əks effekt verdi: energetika sahəsində Moskva ilə Pekinin əlaqələrinin mökəmlənməyinə səbəb oldu. Xatırladaq ki, 2014-cü ilin mayında Çinin milli neft-qaz korporasiyası (CNPC) ilə 400 milyard dollarlıq müqavilənin bağlanması ilə Rusiyanın “Газпром” şirkəti (2018-ci ildən başlayaraq) növbəti otuz il ərzində hər il Çinə 38 milyard kubmetr həcmində qaz tədarük etməyə zəmanət verdi.  

Hazırda hər iki dövlət qaz və neft kəmərlərinin çəkiliş, neftayırma zavodları və neft-kimya komplekslərinin birgə fəaliyyətini ehtiva edən strateji layihələrin gerçəkləşməsi üzrə iddialı planlarını əlaqələndirir. Moskvanın Pekinlə yaxınlaşması dünya neft bazarında  Şərq ölkələrinin xeyrinə dərin dəyişikliklər törətdi, Qərbin neft hasilatçısı şirkətlərinin mövqeyini xeyli sarsıtdı.

Hətta bu yaxınlaradək Asiya nəhənginə əsas neft tədarükçüsü olaraq qalan Səudiyyə Ərəbistanı da Rusiyanın diplomatik səyləri ilə sındırıldı. 2011-ci ildən Çinə Səudiyyə nefti ixracatı gündə 120 000 barrel artmağa davam etdiyi halda Rusiya ixracatı gündə  550 000 barrel, yəni beş dəfə sürətlə çoxalmağa başladı. Nəticədə Rusiya şirkətləri faktiki olaraq səud həmkarlarının Çinə neft satışı həcmini dörd dəfə geridə qoydu: Ər-Riyad 2015-ci ilin may, sentyabr, noyabr və dekabrında Çinə satılan xam neftin tədarük həcminə görə ikinci yerlə kifayətlənməli oldu.

Çin 2015-ci ildə rus neftinin ən böyük alıcısı kimi Almaniyanın yerini tutdu. Bu qayda ilə dünya neft bazarında fəaliyyətdə olan böyük yatırımçılar çətinliklə başa düşə bilirlər ki, neftin əsas tələbatçısı Çin cəmi bir necə ay ərzində Rusiyanın – həcminə görə dünyada üçüncü istehsalçının sevimli alıcısına necə çevrilə bildi. “Транснефть” şirkətinin vitse-prezidenti Sergey Andronovun sözlərinə görə, Çin 2016-cı il ərzində Rusiyadan ümumi həcmdə 27 milyon ton neft idxal etmək niyyətindədir.

Rusiya-Çin energetik alyansı daha uzağa getmək niyyətindədir. Moskva və Çin neft satışını çoxqütblü valyuta sisteminə, yəni təkcə dolları deyil, hər şeydən əvvəl müxtəlif valyutaları hesablaşmağa götürən və çağdaş dünya düzəninin qüvvələr nisbətini əks etdirən keçid kanalı etdi. Məsələ burasındadır ki, Vaşinqton və Brüsselin qoyduğu iqtisadi sanksiyalar Rusiyanı dollar və avronu kommersiya və maliyyə əməliyyatlarından çıxartmağa təhrik edir, çünki əks halda əsas tərəfdaşlarla alqı-satqı əməliyyatları keçirən zaman son dərəcə böyük riskə məruz qala bilərdi. Bununla bağlı 2015-ci ildən Çinin Rusiyadan aldığı karbohidrogenlərin dəyəri dollarla deyil, artıq yuanla ödənilir. Bu məlumatı "Газпром Нефть"-in ali rəhbərliyi təsdiq etdi.  Bu, dünya neft bazarında “xalq valyutası” yuanı stimullaşdırır və eyni zamanda Rusiyaya Birləşmiş Ştatlar və Avropa Birliyinin başladığı iqtisadi hücumu neytrallaşdırmaq imkanı verir. Neft yuanına söykənən yeni maliyyə düzəni üçün təməl meydana çıxır: Çin valyutası Asiya-Sakit okean bölgəsinin əsas neft dövlətləri ilə mal dövriyyəsində oxa çevrilir.

Hazırda Çin Ruisyadan aldığı neftin dəyərini yuanla ödəyir. Çin tələb etsə, gələcəkdə OPEK ölkələri də bu cür edəcək. Doğrudanmı, Səudiyyə Ərəbistanındakı dollar kultu onu əsas alıcılarından birini itirməyə məcbur edəcək? Digər geoiqtisadi dövlətlər artıq Rusiya və Çinin yoluyla gedir, çünki anlayıb ki,daha taraz valyuta sistemi qurmaqdan ötrü prioritet istiqamət dünya iqtisadiyyatının “dollarsızlaşdırlımasıdır”.

Neft qiymətlərinin çöküşünün ardınca (2014-cün ilin ortalarından) Çin banklarının energetik infrastrukturun birgə fəaliyyətində açar mailiyyə dəstəyi olması da az önəmli deyil. Məsələn, "Газпром" Rusiya-Çin "Сила Сибири” qaz kəmərini mümkün qədər tez işə salmaq üçün 2016-cı ilin martında Çin Bankında beş illiyə 2 milyard avroya bərabər kredit istədi. Bu, "Газпром"-un bu gün maliyyə müəssisəi ilə bağladığı  ikitərəfli ən böyük böyük kredit müqaviləsidir. Başqa nümunə Çinin bir neçə həftə əvvəl Rusiyanın Arktika bölgəsindəki "Ямал " (СПГ – sıxılmış təbii qaz-tərc.) layihəsinə ayırdığı 12 milyard dollarlıq kreditdir. Şübhəsiz, Rusiyanın energetika yönündə xarici siyasəti təcrüddən heç bir ziyan çəkmir, əksinə, Çinin sayəsində ən yaxşı məqamlarından birini yaşayır.

Qeyd olunan hadisələri yekunlaşdırsaq, ABŞ və Avropa Birliyinin prezident Putinlə ədavəti energetika sahəsində Rusiya-Çin əlaqələrinin möhkəmlənməyinə şərait yaratdı. Bu öz növbəsində Şərq ölkələrinin dünya karbohidrogenlər bazarında üstünlüyünü çoxaltdı. Moskva və Pekin qara qızılın qiymətinin təyin edilməsində neft dollarının ağalığına son qoymalı olan neft yuanına ciddi şəkildə bel bağlayır.

Rusiya və İran nefti dollar əvəzinə yuana mübadilə etmək qərarına gəlib və indi gündə, demək olar, 1 milyon barrel yuana satılır. Gözlənildiyi kimi, Anqola və Venesuela neftin yuanla alverinə qoşulur. Sudan siyasi baxımdan Çindən güclü şəkildə asılı olan daha bir ölkədir və çox ehtimal ki, öz neft ticarətini Çin yuanına keçirəcək. Rusiya,
 İran, Anqola, Sudan və Venesuela hamısı birlikdə nefti Çin yuanı ilə  satmağa keçsə, gündə 5 milyon barrel neft ABŞ dolları ilə deyil, Çin yuanı ilə satılacaq. Və o zaman – “Əlvida, neft dolları!” və “Yaşasın neft yuanı!”

 



Oxşar xəbərlər
Top 10
Prezident Ramiz Mehdiyevi “Şöhrət” ordeni ilə təltif edib – FOTO
Sabaha olan hava proqnozu açıqlandı
Tramp Suriyada Rusiya mövqelərini vurmağı təklif etdi
İRƏVANDA KÜTLƏVİ İTAƏTSİZLİK AKSİYALARI BAŞLADI – Tələbələr yolları bağlayır – CANLI
Sabaha olan hava proqnozu açıqlanıb
Aztəminatlı əhaliyə edilən yardımın məbləği açıqlandı
İLHAM ƏLİYEV AND İÇDİ – Yenilənib
Konstitusiya Məhkəməsi sabah qərar verəcək
Yerevanda etirazçılar prezident iqamətgahını blokadaya alıb
Atəşkəs rejimi 76 dəfə pozulub
ARXIV