www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
İxrac artımının şok gizlinləri- ekspert rəyi
18 Aprel 2017 11:43

Oxunub: 140



"Hakimiyyət 2017-ci ilin birinci üç ayı ərzində kənd təsərrüfatı məhsullarının ixracının 44 faiz artdığını iddia edir və bunu böyük nailiyyət kimi cəmiyyətə sırımaq istəyir".

AFN xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib.

Bu “nailiyyət”ə aydınlıq gətirən ekspert qeyd edib ki, ixrac məhsulları sırasında əsas ərzaq mallarından meyvə-tərəvəz, çay, şəkər, bitki və heyvan mənşəli piylər və yağlar yer alıb:

"Qeyd etməliyəm ki, adı sadalanan mallar üzrə həm də idxal həyata keçirilir. Bu ilin birinci rübündə ölkəyə idxal olunan məhsulların əsas hissəsi daxili tələbatın ödənilməsinə yönəlib, bir hissəsi isə ixrac edilib.

Belə ki, bu ilin birinci üç ayında ölkəyə 100,5 min ton meyvə-tərəvəz idxal olunub, bunun 45 min tonu daxili istehlaka yonəlib, 55,5 min tonu isə ixrac edilib. Həmçinin üç ay ərzində 2, 6 min ton çay idxal olunub, bunun 70 faizi daxili tələbatı ödəyib, 0,4 min tonu isə ixrac edilib.

Eyni dövrdə 31, 3 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub, bunun 28,3 min tonu daxili istehlaka yönəlib, 3 min tonu isə ixrac edilib. Şəkər idxalı 81,6 min ton təşkil edib, bunun 68,1 min tonu daxili təlabatın tam ödənilməsini təmin edib, 13, 4 min tonu isə ixrac olunub.

Yeri gəlmişkən, onu da qeyd etməliyəm ki, 2017-ci ilin birinci üç ay ərzində yeyinti məhsulları idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz artıb.

Belə ki, ət idxalı 2,3 dəfə, kəsim üçün ölkəyə idxal olunan heyvanların sayı 66,4 faiz, süd 81%, kərə yağı 25%, Şəkər 94% və sair artıb.

Bu, ondan xəbər verir ki, ölkədə bütün mal qrupları üzrə istehsal ciddi olaraq azalıb. Bu səbəbdən də idxaldan ciddi asılılıq yaranıb, hətta ixrac məhsulları da idxal mallarından aslı qalıb".

Politico.az



Oxşar xəbərlər
Top 10
ARXIV