www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
“TAP layihəsi ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir” – İtaliyalı nazir
08 Aprel 2017 11:51

Oxunub: 102



Aprelin 5-də İtaliya parlamentinin Deputatlar Palatasında dinləmələr zamanı iqtisadi inkişaf naziri Karlo Kalenda TAP layihəsi ilə bağlı bəyanat verib.

APA-nın “brindisireport.it” saytına istinadən verdiyi məlumata görə, nazir bildirib ki, TAP layihəsi İtaliya üçün strateji əhəmiyyət kəsb edir və təsdiq edildiyi kimi də tikintisi davam edəcək. O vurğulayıb ki, TAP kəmərinin seçilməsi təchizatın təhlükəsizliyi, qaz mənbələrinin diversifikasiyası, İtaliya və Avropa bazarlarında rəqabət aparan təchizatçıların sayının artması və qiymət trendlərində müsbət effekt yaradacaq: “Mənbələrin və marşrutların diversifikasiyası mühüm əhəmiyyət kəsb edir. İtaliya hazırda 45% Rusiya qazından (qış aylarında bu rəqəm 65%-ə qalxır) asılıdır. Digər mühüm iri təchizatçılar Əlcəzair və Liviyadır ki, bunlar hələ də qeyri-sabit regionlardır. Əlcəzair ilə 35 mlrd m3-lik qaz həcmləri üzrə uzunmüddətli təchizat müqavilələrinin müddəti 2020-ci ildə bitəcək ki, gözlənilən tələbata münasibətdə potensial defisit təqribən 14 mlrd m3 həcmində dəyərləndirilir. Bunun üçün də TAP mühüm layihədir”.

Nazir əlavə edib ki, mənbələrin diversifikasiyası və təchizatın artımı rəqabət impulsu yaradacaq, bu da qazın qiymətlərini son istehlakçılar, biznes və ailələr üçün aşağı salacaq.

TAP infrastrukturunun enerji təhlükəsizliyi məqsədlərinə çatmaq, dekarbonizasiya və rəqabətlilik üçün strateji və mühüm olduğunu bildirən Karlo Kalenda legitimliyi Regional İnzibati Məhkəmə və Dövlət Şurası tərəfindən təsdiqlənmiş TAP kəməri üzrə icazələr proseduruna yenidən baxmağın lüzumsuz olduğunu söyləyib: “20 may 2015-ci il tarixində İtaliya İqtisadi İnkişaf Nazirliyi TAP kəməri üzrə Vahid İcazə dekretini imzalayıb. Mən xatırlayıram ki, Puliya regionu marşrutun seçilməsi prosedurunun bütün mərhələlərində iştirak edib. Ətraf Mühitin, Dənizlərin və Torpaqların Mühafizəsi Nazirliyində ətraf mühitə təsirin qiymətləndirilməsi mərhələsində 12 mümkün çıxış nöqtəsi nəzərdən keçirilib. İqtisadi İnkişaf Nazirliyi tərəfindən icazənin verilməsi üçün Xidmətlər Konfransı və nəhayət, Nazirlər Şurasında digər bələdiyyələrin merləri dinlənilib və kəmərə ev sahibliyi etməyə etirazlarını bildiriblər. Detallı qiymətləndirmələrdən sonra ən münasib çıxış nöqtəsi kimi Melndunyo Bələdiyyəsinin San Foka şəhərciyi müəyyən edilib”.

K. Kalenda əlavə edib ki, icazələrlə bağlı sənədlər verildikdən sonra, 26 yanvar və 3 fevral 2016-cı il tarixlərində, Latsio Regional İnzibati Tribunalı Puliya Regionu və Melendunyo Bələdiyyəsinin iddialarını rədd edib. Region və bələdiyyə Dövlət Şurasına apelyasiya şikayəti verib və sonuncu da İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş icazənin qanuniliyi barədə son qərarını verib: “Region yenə də 1951-ci il milli qanununa istinad edərək ağacların köçürülməsi üçün əlavə icazələrin alınmasının zəruriliyini bildirib. 10 yanvar 2017-ci il tarixində TAP şirkəti icazələr üçün öz müraciətini edib. Bir neçə əlavə bitki sağlamlığı testləri edildikdən sonra Leççe Əyalət Kənd Təsərrüfatı Ofisi regionla məsləhətləşərək icazələri verib. Ətraf mühit Nazirliyi A44 dekretinə uyğunluğu bir neçə dəfə, sonuncu dəfə isə 27 mart 2017-ci il tarixində təsdiqləyib”.

Politico.az



Oxşar xəbərlər
Top 10
ARXIV