www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Rusiya naziri haqqında FİFA dan qərar
10 Mart 2017 17:41

Oxunub: 157



Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko FİFA Şurasına seçkilərdə iştirak edə bilməyəcək

“Qafqazinfo” xəbər verir ki, buna səbəb Mutkonun siyasi vəzifə daşımasıdır.

Bu barədə ali futbol qurumu məlumat yayıb. Mutko da sözügedən qərarla razılaşdığını açıqlayıb:
"Mən yenidən seçilmək istəyirdim. Amma hazırda FİFA-da meyarlar bir qədər dəyişib. Siyasi bitərəflik kimi yeni meyar əlavə edilib. Onlar istəyirlər ki, təşkilat siyasi cəhətdən neytral olsun, müxtəlif ölkələrin dövlət qulluqçuları və hökumət rəsmiləri bütün orqanlara seçilməsinlər. Bu, onların hüququdur. Apellyasiyadan söhbət gedə bilməz. Bu, ictimai işdir, hər şey qaydasındadır".

Qeyd edək ki, Avropadan FİFA Şurasına seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə UEFA Konqresi çərçivəsində baş tutacaq. Konqresdə UEFA İcraiyyə Komitəsi üzvləri də seçiləcək. Namizədlərdən biri AFFA-nın baş katibi Elxan Məmmədovdur.

Xatırladaq ki, Vitali Mutko eyni zamanda Rusiyanın İdman naziridir.

Politico.az



Oxşar xəbərlər

Top 10
ARXIV