www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
İstanbulda baş vermiş vertolyot qəzasında 7 nəfər həlak olub
10 Mart 2017 15:52

Oxunub: 143



İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan “Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus “Sikorsky S-76” tipli vertolyotda olan 7 nəfərin heç bir sağ qalmayıb.

Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Vertolyotda iki pilot və 5 sərnişin olub. Artıq sərnişinlərin kimliyi açıqlanıb.

Bunlar “Eczacıbaşı Vitra”nın Rusiya üzrə direktoru Salim Özen, Rusiya vətəndaşları Aleksandır Vanin, İgor Koçergin, Lyudmila Çurova və Yelena Badraqadır.

*   *   *13:35

İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan “Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus vertolyotda 4 Rusiya vətəndaşı olub. Bu barədə Türkiyənin NTV telekanalı şirkətə istinadən məlumat yayıb.

Ümumilikdə, helikopterdə 2 pilot, 4 Rusiya vətəndaşı və “Eczacıbaşı” Şirkətlər Qrupunun 1 əməkdaşı olub.

*   *   *13:21

İstanbulda baş vermiş vertolyot qəzasında 5 nəfər həlak olub.

Virtualaz.org “Habertürk”ə istinadən məlumat verir ki, hadisə yerində yanğınsöndürənlər işləyir.

Pilotun və sərnişinlərin axtarışları davam edir.

*   *   *12:49

İstanbulda vertolyot qəzası baş verib.

Virtualaz.org “Hürriyet”ə istinadən xəbər verir ki, hələlik qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Hazırda hadisə yerinə təcili xidmətlərin nümayəndələri göndərilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Politico.az



Oxşar xəbərlər

Top 10
Prezident Ramiz Mehdiyevi “Şöhrət” ordeni ilə təltif edib – FOTO
Sabaha olan hava proqnozu açıqlandı
Tramp Suriyada Rusiya mövqelərini vurmağı təklif etdi
İRƏVANDA KÜTLƏVİ İTAƏTSİZLİK AKSİYALARI BAŞLADI – Tələbələr yolları bağlayır – CANLI
Sabaha olan hava proqnozu açıqlanıb
Aztəminatlı əhaliyə edilən yardımın məbləği açıqlandı
İLHAM ƏLİYEV AND İÇDİ – Yenilənib
Konstitusiya Məhkəməsi sabah qərar verəcək
Yerevanda etirazçılar prezident iqamətgahını blokadaya alıb
Atəşkəs rejimi 76 dəfə pozulub
ARXIV