www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Rusiyanın fond birjaları 13% azalıb
10 Mart 2017 15:18

Oxunub: 112



Donald Trampın ABŞ prezidenti seçiləndən sonra kəskin yüksələn Rusiyanın fond indeksləri tarixi rekord səviyyəyə çatdıqdan sonra ucuzlaşmağa başlayıb.

“Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, Rusiyanın RTS və MMVB indeksləri seçkidən sonra 3 ayda qazandıqlarını hamısını artıq itirib.

MMVB indeksi yanvar ayında əldə etdiyi rekord səviyyədən 13% azalıb və 2 000 bənddən aşağı düşüb. Buna səbəb neft qiymətlərinin ucuzlaşması və Rusiyanın ABŞ-ın yeni seçilmiş prezidenti ilə bağlı gözləntilərin puça çıxması olub.

Qeyd edək ki, keçən həftə investorlar Rusiyanın ən iri investisiya fondu “VanEck Vectors Russia”dan (Exchange Traded Funds) son 3,5 ilin maksimal həddində kapıtal çıxarıblar. Londonda yerləşən “Union Bancaire Privee” bankının aktivlər üzrə meneceri Pavel Laberko hesab edir ki,
D.Trampın Rusiyaya qarşı tətbiq olunan sanksiyaları qaldıracağına inanan investorlar məyus olublar:

“Son iki ayda vəziyyət dəyişib. Dekabrda Rusiya aktivlərini almağı tövsiyə edənlər artıq fikirlərini dəyişib”.

Politico.az



Oxşar xəbərlər
Top 10
Prezident Ramiz Mehdiyevi “Şöhrət” ordeni ilə təltif edib – FOTO
Sabaha olan hava proqnozu açıqlandı
Tramp Suriyada Rusiya mövqelərini vurmağı təklif etdi
İRƏVANDA KÜTLƏVİ İTAƏTSİZLİK AKSİYALARI BAŞLADI – Tələbələr yolları bağlayır – CANLI
Sabaha olan hava proqnozu açıqlanıb
Aztəminatlı əhaliyə edilən yardımın məbləği açıqlandı
İLHAM ƏLİYEV AND İÇDİ – Yenilənib
Konstitusiya Məhkəməsi sabah qərar verəcək
Yerevanda etirazçılar prezident iqamətgahını blokadaya alıb
Atəşkəs rejimi 76 dəfə pozulub
ARXIV