www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Atası qızını evə zəncirlədi, qız qaçdı, dəfələrlə zorlandı
21 Fevral 2017 12:41

Oxunub: 175



Izmirdə 22 yaşlı qızın başına gəlməyən bəla qalmayıb.

Milli.az xəbər verir ki, İzmirdə valideynləri 22 yaşlı şizofreniya xəstəliyindən əziyyət çəkən qızı müalicə etmək əvəzinə, evə zəncirləyiblər.

Qız fürsət tapan kimi evdən qaçıb. Ailəsi bu barədə polisə xəbər verib. Evdən qaçan qız yolda əvvəlcə yük maşını sürücüsü ilə qarşılaşıb. Sürücü onu evə aparıb, təcavüz edib, sonra da başqa kişilərə satıb. Günlərcə təcavüzə məruz qalan qız sürücünün evdə olmamasından istifadə edərək pəncərəyə çıxaraq qışqırıb. Onun səsinə gələn qonşular qıza kömək edib, polisə xəbər veriblər.

Polislər qızın ailəsinə xəbər verib, lakin onlara qaytarmayıblar. Çünki qızın qohumlarından biri qardaşına "namusumuz kirləndi" deyə xəbər göndərib. Qızın qardaşı isə bacısını öldürmək üçün İzmirə gəlib. Qızın atası oğluna qarşı çıxıb. Qız dövlət himayəsinə verilib.

Politico.az



Oxşar xəbərlər

Top 10
ARXIV