www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
FED bəyanat verdi–Uçot dərəcəsi qalxacaq
21 Fevral 2017 11:17

Oxunub: 131



ABŞ dollarının altı əsas qlobal valyutaya nisbətən məzənnəsini formalaşdıran "ICE U.S. Dollar" indeksi 0,26% möhkəmlənib.

Buna səbəb ABŞ-ın Filadelfiya ştatının Federal Ehtiyat Bankının prezidenti Patrik Harkerin bəyanatıdır.

Belə ki, P.Harker ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) 14-15 mart tarixlərində keçiriləcək toplantısında uçot dərəcəsinin artırılacağını istisna etməyib.

ABŞ dollarının 16 əsas valyutaya nisbətən məzənnəsini formalaşdıran "WSJ Dollar" indikatoru isə 0,23% yüksəlib.

Bugünkü ticarət sessiyasında avro 1,0598 dollar səviyyəsində ticarət olunur. Avrozonanın vahid valyutasının məzənnəsi ötən ticarət sessiyasını 1,0624 dollar səviyyəsində başa vurub.

Dolların Yaponiya yeninə qarşı məzənnəsi 113,45 yen təşkil edir. Qeyd edək ki, ötən ticarət sessiyasının dollar 113,01 yen səviyyəsində yekunlaşdırıb.

Treyderlər FED tərəfindən uçot dərəcəsinin martda artırılması ilə bağlı ehtimalları 30% səviyyəsində qiymətləndirir.

Qeyd edək ki, P.Harker FED-in iclaslarında səsvermə hüququna malik olan
şəxslərdən biridir./APA/

Politico.az



Oxşar xəbərlər
Top 10
Prezident Ramiz Mehdiyevi “Şöhrət” ordeni ilə təltif edib – FOTO
Sabaha olan hava proqnozu açıqlandı
Tramp Suriyada Rusiya mövqelərini vurmağı təklif etdi
İRƏVANDA KÜTLƏVİ İTAƏTSİZLİK AKSİYALARI BAŞLADI – Tələbələr yolları bağlayır – CANLI
Sabaha olan hava proqnozu açıqlanıb
Aztəminatlı əhaliyə edilən yardımın məbləği açıqlandı
İLHAM ƏLİYEV AND İÇDİ – Yenilənib
Konstitusiya Məhkəməsi sabah qərar verəcək
Yerevanda etirazçılar prezident iqamətgahını blokadaya alıb
Atəşkəs rejimi 76 dəfə pozulub
ARXIV