www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Azərbaycanda gömrük yığımları 26 faiz azalıb
13 Fevral 2017 13:34

Oxunub: 146



Yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK-nın) xətti ilə dövlət büdcəsinə dekabrdakından 61.4 milyon manat az daxil olub. Bunun iqtisadi fəallığın azalmasından qaynaqlandığı bildirilir.

Ötən ay DGK 173.6 milyon manat vergi və rüsum toplaya bilib. Dekabrla müqayisədə yol vergisi (2.1 milyon manat) 12 dəfə az yığılıb. Aksizlər (2.7 milyon manat) 58 faiz azalıb.

Ay boyunca malların idxal və ixracından 44.2 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə 124.6 milyon manat yığılıb.

Bu il DGK-ya verilən tapşırıq ötənilkindən azdır. Ötən il komitə dövlət büdcəsinə 2 milyard 291.6 milyon manat köçürüb. Bu il 2.2 milyard manat köçürmək yetərli sayılacaq.

Politico.az



Oxşar xəbərlər
Top 10
ARXIV