www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Yasamalda SİLKƏLƏNMƏ! - Əziz Əzizov sahibkarları incidir
09 İyun 2018 17:25

Oxunub: 2335



Yasamal rayon İcra Hakimiyyətinin yeni başçısı deyəsən, ilk günlərindən narazılıq yaratmaqla məşğuldur. Hər halda Olke Xeber.AZ-a daxil olan şikayətlərin mahiyyətindən belə anlaşılır. Belə ki, redksiyamıza müraciət edən bir qrup sahibkar bildirir ki, Yeni Yasamal ərazisində yerləşən və demək olar ki, bütün obyektlərdən icra başçısının adından qanunsuz olaraq pul yığılır.

Narazı sahibkarlar Olke xeber.az-a yazırlar: "Əziz Əzizovun adamları bizi hədələyirlər ki, obyektlərimizi plana salacaqlar. Yeni Yasamaldakı əsas yollardan biri yenidən çəkilir və yol ətrafındakı obyekt sahiblərinin hamısından pul yığılır. Pul verməyənlər isə hədələnir. Əziz Əzizov bununla nəyə nail olmaz istəyir? Onsuz da insanlar güc-bəla ilə dolanırlar. İndi də obyektlərimiz bağlansa, bu, neçə yeni işsiz - yaranacaq səfil ordusu deməkdir".

Sahibkarlar bildirir ki, bununla bağlı Prezident Administrasiyasına da şikayət etməyə hazırlaşırlar: "Başqa yolumu yoxdur. Ümidimiz cənab Prezidentdir. Əziz Əzizova qalsa, biz acından ölməliyik".

Mövu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
 

Politico.az



Oxşar xəbərlər
Top 10
ARXIV