www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
İlham Əliyev ağacəkmə aksiyasında iştirak edib
10 May 2018 15:01

Oxunub: 163



Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

APA-nın xəbərinə görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev salınan yaşıllıqlar barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkiblər.
Dövlət başçısı və birinci xanım ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.

 

 
 
 
Politico.az


Oxşar xəbərlər
Top 10
ARXIV