www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
İran parlamentində ABŞ bayrağını yandırdılar - FOTO + VİDEO
09 May 2018 12:50

Oxunub: 237



İran parlamentinin deputatları ABŞ prezidenti Donald Trampın nüvə razılaşmasından çıxması qərarından sonra kağızdan olan ABŞ bayrağını yandırıblar.

Oxu.Az “Associated Press”ə istinadən bildirir ki, parlamentarilər “Amerikaya ölüm!” deyə qışqırıblar. 

Qeyd olunur ki, bu şüar İran parlamentində tez-tez səsləndirilir.

Qeyd edək ki, bir gün öncə Tramp ABŞ-ın İranla nüvə razılaşmasından çıxdığını bəyan edib.

Onun sözlərinə görə, Vaşinqton İrana qarşı “ən yüksək səviyyə”də sanksiyalar tətbiq etməyi planlaşdırır.

İran Trampın razılıqdan imtina barədə qərarını “qanunsuz” adlandırıb.

 

 
 
Politica.az


Oxşar xəbərlər

Top 10
ARXIV