www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Zakir Həsənov Çində müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub
29 Aprel 2018 13:00

Oxunub: 645



Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çinə rəsmi səfər çərçivəsində bu ölkənin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” şirkətində olub.

“Report” xəbər verir ki, şirkətin rəhbərliyi ilə görüşdə general-polkovnik Z.Həsənova bu müdafiə sənayesi müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonra müdafiə naziri müəssisənin istehsal etdiyi müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub.

 

Politico.az



Oxşar xəbərlər
Top 10
ARXIV