www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Eldar Mahmudovla milyardlar yemiş Əli Əsədovun söyüşlərə sükut sirri – Təfsilat
06 Aprel 2018 19:21

Oxunub: 439



Avropada erməni lobbisi tərəfindən maliyyələşən dairələr seçkiqabağı ölkəmizə qarşı hücuma keçiblər. İyrənc üsula əl atan qaragüruhçu dəstələr dövləti, rəhbərini söyürlər

FİA.Az-ın verdiyi məlumatda deyilir ki, bu kampaniyaya dövlət rəsmiləri, prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, xarici siyasət ürə köməkçisi Novruz Məmmədov və başqaları lazımi cavba verirlər.

Ancaq prezidenti İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov yaxasını kənara çəkərək prezidentin müdafiəsinə qalxmır.

Elə deputat Siyavuş Novruzov da bəzilərinin kənara çəkildiyini deyərkən Ə.Əsədov kimi məmurlar nəzərdə tutulurdu. Prezident ona etimad göstərib, köməkçi təyin edib.

Ə.Əsədovun da vəzifəsi prezidentin, dövlətin əleyhinə təxribatçı qrupların apardığı piara münasibət bildirmək, tədbirlər keçirməkdir.

Ancaq uzun müddətdir ki, passiv görünən Ə.Əsədov söyüş makinasına qarşı bir kəlmə də kəsmir. Bunun səbəbləri bilinməsə də, prezident köməkçisinin mübhəm susqunluğu müşahidə olunur.

Bu vəzifənin hesabına varlanan, böyük sərvətlər toplayan Ə.Əsədov indi ona imkanlar yaratmış hakimiyyətə kəm baxır.

Xural.com-da gedən yazılara nəzər yetirəndə kifayət edir ki, prezidentin köməkçisinin əməllərinə bələd olasan.

Həmin yazıda deyilir ki, Beynəlxalq Bankdan 6 milyard manatın qısa müddət ərzində girovsuz kreditlər şəklində kölgə kabinet üzvlərinə və onlara yaxın olan dırnaqarası oliqarx-biznesmenlərə verilməsində, MTN-nin sabiq naziri Eldar Mahmudov tərəfindən 2 milyard pulun ölkədən çıxarılmasında Prezidentin İqtisadi məsələlər üzrə müşaviri Əli Əsədov təşkilatçılıq edib.

Əli Əsədov bu günə qədər 100 milyonlarla büdcə vəsaitini və vətəndaşların əmlakını qanunsuz sökərək onlara çatacaq pulları, vəsaitləri mənimsəyib.

Əli Əsədov 2 milyard pulu MTN-nin Binə hava limanında şöbə rəisi və “Silkvey” şirkətinin yük daşımaları üzrə komandiri Şəmistan Mirsalayev və onun işçiləri vasitəsilə ölkədən çıxarıb.

Əli Əsədov İstanbulda “Azimport” MMC-də şərikləri olan erməni əsilli Rəşad Məmmədovun, onun qaynı Azər Əsgərov və Xəzər rayon İH Başçısı Gülağa İsmayılovun adına 3 ədəd mehmanxana alıb. Bu faktlar mediada dərc olunub.

Və bu əməllərin sahibi ən azından hakimiyyətə günahlarının bədəlini ödəmək üçün Qərbdən başlanan söyüş kampaniyasına cavab verməli, fəallıq nümayiş etdirməlidir.

Əli Əsədov bulvarın rekonstruksiya işi və genişləndirilməsi, Fontanlar meydanının yenidən qurulması və digər layihələrdə şərik olan “TV Musa” ləqəbli Musa Süleymanovun adına Beynəlxalq bankdan 100 milyon manat girovsuz kredit götürmüşdür və bu pullar Batumidə otel və kazino tikintisində istifadə olunur.

2015-ci ilin may ayında DİN MCQMİ tərəfindən saxlanılan Musa Süleymanovun azad dilməsi və Azərbaycandan qaçmasını da Əli Əsədov təşkil etdiyi qeyd olunub.

FİA.Az xural.com-da getmiş araşdırmaya istinadla xəbər verir ki, Əli Əsədov, Eldar Mahmudov, Cahangir Hacıyev və onlara məxsus şirkət, MMC, firma, MTK-lar tərəfindən pullar mənimsənilib.

Son vaxtlar isə musavat.com və başqa xəbər saytlarında gedən yazılara görə, söyüş makinasını maliyyələşdirənlər arasında Eldar Mahmudov və ayrı-ayrı keçmiş nazirlər var. Ə.Əsədov isə vaxtilə həmin məmurlarla milyonlar mənimsəməkdə ittiham olunur.

Ondan gözlənilən isə budur ki, Avropadan dövlətimizə qarşı təhdidlərə, söyüşlərə prezident köməkçisi kimi reaksiya versin, digər iqtidar mənsubları kimi münasibət bildirsin.

Ən dəhşətlisi budur ki, Prezidentin sərəncamı ilə 2011-2013-cü illər üzrə Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Agentliyinin sifarişlərinə daxil edilmədən, bütün işlər qapalı şəkildə Əli Əsədova məxsus “Azimport” MMC tərəfindən həyata keçirilmişdir.

Daha doğrusu, bu MMC Buzovnada və Buzovna-Maştağa yolunda Əli Əsədova, Xəzər RİH başçısı P.İslamova, onun müavini, hazırda işdən çıxarılmış Əli Heydərova, RİH-in təsərrüfat şöbəsinin müdiri İ.Qəmbərova məxsus 100 dən çox iaşə, xidmət və ticarət obyektlərinin tikinti və bərpasını, yenidən qurulmasını həyata keçirilməklə məşğul olub.

“İnamla Hüquq” MMC-nin direktoru Bəxtiyar Məmmədov yazmışdı ki, Əli Əsədov o qədər özbaşına və vəzifədən sui-istifadə hallarına yol verərək özünün mötəbərliyini ətrafdakıları nümayiş etdirir.

Ki, onun bacısının adına rəsmiləşdirdiyi Aruz Mirzəyev küçəsi ilə 8 mart küçəsinin kəsişən hissəsində yerləşən çəpəri boyu asfalt döşətdirib.

Həmin qəsəbə daxili yol düz Maştağa-Buzovna yolunda yerləşən yeraltı keçidə qədər uzandığı halda, həmin yolun qalan hissəsini bağlatdıraraq maşın səsindən özünü sığortalayıb.

Onu da deyək ki, Əli Əsədovun başının üstünü qara buludlar alıb. İqtisadi sahədə bir çox səlahiyyətləri olan Əli Əsədov sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vurulmasından sonra yenidən hədəfə çevrilənlər siyahısındadır.

Əslində, Əli Əsədovun vurulması hadisəsinə Dövlət Bayraq Meydanı Kompleksi İdarəsində baş verən hadisələrdən və onun direktoru Rəşad Məmmdovun həbsindən sonra start verilib.

Necə deyərlər, Rəşad Məmmədovun erməni çıxması ilə Əli Əsədovun işi də “ermənicə”yə çevrilib.

 

Politico.Az



Oxşar xəbərlər
Top 10
ARXIV