www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Rusiyada ticarət mərkəzində dəhşətli yanğın – Ölənlərin sayı 53 nəfərə çatdı (VİDEO)
26 Mart 2018 11:03

Oxunub: 1379



Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Son məlumatlara görə, ölənlərin sayı 53 nəfərə çatıb.

APA-nın “ria-novosti”-yə istinadən verdiyi xəbərə görə, 16 nəfərin itkin düşmüş hesab edildiyi bildirilir.

* * *

Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın söndürülüb.
Bu barədə “İnterfaks” Rusiya FHN-in regional idarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
Yanğın faktı ilə bağlı Rusiya Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi qaldırılıb. Cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Mərkəzi aparatına verilib. Moskvadan Kemerovoya istintaq qrupu yönəldilib.

Rusiya Federasiyası prezidenti Vladimir Putinə Kemerovodakı fövqəladə hadisə ilə bağlı məruzə olunub. Onun tapşırığı ilə FHN-in başçısı Vladimir Puçkov artıq Kemerovaya uçub.

 

  Politico.az



Oxşar xəbərlər

Top 10
ARXIV