www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Bakıda qadını sosial şəbəkədə şantaj edən saxlanıldı
12 Mart 2018 13:24

Oxunub: 130



Paytaxt sakini olan qadından şantaj etməklə 5140 manat və 4000 ABŞ dolları almaqda şübhəli bilinən Miryusif Məmmədov saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, martın 9-da Bakı şəhər sakini A.N (qadın) Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edib.

O, 2017-ci ilin mart ayından bu il mart ayının 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 5140 manat və 4000 ABŞ dollarını aldığını bildirib.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

 

Politico.az



Oxşar xəbərlər

Top 10
ARXIV