www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
İranda sərhəd postuna hücumun qarşısı alınıb
12 Mart 2018 12:47

Oxunub: 66



İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bir neçə terrorçunu məhv edərək ölkənin cənub-şərqindəki sərhəd postuna hücumun qarşısını alıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Belə ki, dünən gecə terror qruplaşmasının yaralıları və silahlı cinayətkarlar bomba yüklü avtomobil vasitəsilə Saravan bölgəsindəki sərhəd postunda partlayış törətməyə cəhd ediblər.

Amma İranın güc strukturları vaxtında hücumun qarşısını alıb: iki terrorçu öldürülüb, avtomobil məhv edilib.

Qeyd edək ki, hücumun qarşısının alındığı bölgə Pakistanla sərhədə yaxın ərazidə yerləşir.

 

 

Politico.az



Oxşar xəbərlər

Top 10
ARXIV