www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Pərvin Abıyeva nişanının qaytarılmasından danışdı – VİDEO
12 Mart 2018 12:14

Oxunub: 163



Qalmaqallı aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı qalmaqallı açıqlamalar verib.

 “Space” TV-də yayımlanan “Sənətsevər” proqramına qonaq olan aktrisa nişan qaytardığını etiraf edib:

“İlk məhəbbətim çox olub. Hansı birini deyim? Mən gözəllik xəstəsiyəm. Fərqi yoxdur, qız ya oğlan. Keçmişimə ilişib qalan insan deyiləm. Gələn gedəni unutdurur. Həmişə gələcəyimə baxıram.

Həyatımda biri var. Onu uzun müddətdir sevirəm. Mən gündəmdə olmaq üçün nəsə etməmişəm. Özüm də bilmədən şou-biznesin içinə girmişəm və gündəmi zəbt eləmişəm. Əvvəllər Azərbaycanda tanınmış aktrisa olacağımı desəydilər, inanmazdım. Bəlkə də, gülərdim. Çünki, 17 yaşında nişanlı olan qız olmuşam.

19 yaşımda toyu olacaq biri idim. Mənim məhəbbətim deyil, ailəmin qərarı olub. Ən çox anam istəyib ki, mən o insanla ailə qurum. Lakin, alınmadı. Məlum oldu ki, həmin insan həm evli, həm nişanlı olub.

Həyatında xeyli qadın olub. Bu səbəbdən də münasibət alınmadı. Bədbəxt olsam belə, o insanla ailə qurmağa hazırlaşırdım. Daha sonra işə girdim, həyatım dəyişdi və ayrıldıq”.//Oxu.az

 
 
Politico.az


Oxşar xəbərlər
Top 10
ARXIV