www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq niyyətindədir
12 Mart 2018 11:08

Oxunub: 29



Şimali Koreya lideri Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq və iki ölkə arasında diplomatik münasibətlər qurmaq niyyətindədir. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın “Tona İlbo” nəşrinə ölkə prezidenti administrasiyasındakı mənbə bildirib.

Mənbə qeyd edib ki, ABŞ-la münasibətləri normallaşdırmaq niyyətini Kim Çen In Cənubi Koreyanın nümayəndə heyəti ilə Pxenyanda keçirdiyi görüşdə açıqlayıb.

“Kim Çen Inın yekun məqsədi ABŞ-la sülh sazişinin imzalanması, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və Pxenyanda ABŞ səfirliyinin açılmasıdır”, – deyə mənbə qeyd edib.

Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla görüşməyi təklif edib. Vaşinqton təkliflə razılaşıb. Görüşün vaxtı və yeri razılaşdırılacaq.

 

 

Politico.az

 



Oxşar xəbərlər

Top 10
ARXIV