www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
XKX-nin hərbi qulluqçuları və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırılıb
09 Mart 2018 18:06

Oxunub: 111



Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Politico.az



Oxşar xəbərlər
Top 10
ARXIV