www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
PREZİDENT və GENERALLAR YANGIN BAŞ VERƏN ƏRAZİYƏ GƏLİB - Videolar
02 Mart 2018 11:22

Oxunub: 161



Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verən əraziyə gəlib.
Hadisə yerində olan əməkdaşımızın verdiyi xəbərə görə, prezidentdən başqa daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokurorun müavini Rüstəm Usubov da hadisə yerindədirlər və yanğın olan əraziyə baxış keçirirlər. Aidiyyatı qurumların rəhbərləri yanğının başvermə səbəbləri və nəticələri barədə dövlətimizin başçısına məlumat veriblər.

Hazırda polis əməkdaşları müəssisədə post qurub.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib. Yanğın söndürülüb. Yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə 24 nəfərin meyiti gətirilib. Daha üç nəfər isə tüstüdən zəhərlənib.







 

 

 

Politico.az



Oxşar xəbərlər
Top 10
ARXIV