www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
NARKOLOJİ DİSPANSERDƏ GÜCLÜ YANĞIN – 30 ölü (YENİLƏNİB)
02 Mart 2018 09:29

Oxunub: 204



Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır.

* * *

Respublika Narkoloji Mərkəzində baş verən yanğında zəhərlənən 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib.

“Report”un məlumatına görə, yaralılardan biri isə 3 saylı Kliniki Xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı ölənlərin sayı və kimliyi isə hələlik dəqiqləşməyib.

FHN-in yaydığı məlumata görə, Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb. Əlavə məlumat veriləcək.

***

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın lokallaşdırılıb.

“Report” xəbər verir ki, hava küləkli olduğundan alovu söndürmək çətinləşib. Bu səbəbdən, FHN-in digər rayonlar üzrə yanğın mühafizə xidmətlərinin briqadaları da hadisə yerinə cəlb edilib.

Yanğın zamanı 3 nəfər yaralanıb. Xəsarət alanlardan biri 1966-cı il təvəllüdlü Əliyev Mahirdir. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Əlavə məlumat veriləcək.

***

Bakıda güclü yanğın baş verib. FHN-dən APA-ya verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Respublika Narkoloji Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent binadan çıxarılıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.

Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın baş verən binada pasiyentlərin qaldığı ehtimal edilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

 

Politico.az



Oxşar xəbərlər

Top 10
ARXIV