www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
“Instagram”da videozəng mümkün olacaq
30 Yanvar 2018 16:46

Oxunub: 322



“Instagram”da ən yaxın zamanda videozəng funksiyası işə düşəcək.

Bu barədə “Wabetinfo” portalında məlumat dərc olunub.

Saytın məlumatına görə, adıçəkilən sosial şəbəkə hal-hazırda istifadəçilər arasında videorabitə imkanlarını sınaqdan keçirir. Mobil tətbiqin aktual versiyasında “Instagramın” yeni funksiyasına işarənin olduğunu görmək mümkündür. Gələcəkdə ismarıc bölməsini açıb, konkret istifadəçini seçdikdə, yuxarı sağ kənarda “kamera” piktoqramı peyda olacaq.  

Tətbiqin proqram təminatını araşdıran ekspertlər hal-hazırda düymənin aktiv olmadığını öyrənib. Habelə yaxın zamanda istifadəçilərin “Instagram” vasitəsilə bir-birilə görüntülü şəkildə birbaşa ünsiyyət qura biləcəyi bildirilir. Texnologiyanın istifadəyə veriləcəyi dəqiq tarix bəlli deyil.//Oxu.az

 

Politico.az



Oxşar xəbərlər

Top 10
ARXIV