www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
“Qara qızıl” bazarında neftimiz neçəyə satılır? – SON QİYMƏT
16 Yanvar 2018 08:49

Oxunub: 210



CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 71 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,84 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 70,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,82 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 68,01 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti isə 69,93 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,88 dollar/barel azdır.

 

 

Politico.az



Oxşar xəbərlər
Top 10
ARXIV