www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Leyla Əliyeva “ƏSA” Teatrının premyerasında - FOTO
20 Dekabr 2017 17:03

Oxunub: 197



Dekabrın 19-da Opera və Balet Teatrında əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv “ƏSA” Teatrının “Adamlar və siçanlar” tamaşası təqdim olunub. Pulitzer və Nobel mükafatı laureatı, amerikalı məşhur yazıçı Con Steynbekin əsəri əsasında səhnələşdirilən tamaşanında dövlət rəsmiləri, diplomatik korpus nümayəndələri də iştirak ediblər.

Oxu.Az-ın xəbərinə görə, tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadə bildirib ki, səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.

Tamaşanın nümayişindən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar “ƏSA” Teatrının aktyorları ilə görüşüblər. Gənclərin yaradıcılıq fəaliyyəti ilə maraqlananan Leyla Əliyeva onlarla birlikdə xatirə şəkli çəkdirib və gələcək işlərində uğurlar arzulayıb.

 



Oxşar xəbərlər
Top 10
ARXIV