www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Ərdoğan: Ey Tramp, sən nə etmək istəyirsən?!
07 Dekabr 2017 11:30

Oxunub: 61



“Donald Tramp Qüdsü İsrailin paytaxtı elan etməklə BMT qərarlarını heçə saydı”.

Politico.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Yunanıstana səfərindən öncə hava limanında çıxışı zamanı deyib. O, Trampın nə etmək istədiyini anlaya bilmədiyini söyləyib: "Qüds müsəlmanların, xristianların, qismən də musəvilərin ibadətgahı kimi tanınıb. Məscidi-Aksa müsəlmanların ilk qibləsidir. Belə bir qərar bölgəni alovun içinə atmaqdır. Ey Tramp, sən nə etmək istəyirsən?! Siyasi liderlər qarışdırmaq üçün deyil, barışdırmaq üçün mövcud olur. Hörmətli Tramp "güclüyəm, o səbəblə haqlıyam" deyirsə, yanılır. Haqlı olan güclüdür". 

R. T. Ərdoğan dekabrın 13-də, çərşənbə günü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısının keçiriləcəyini bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib. O, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verib. 

 

Politico.az



Oxşar xəbərlər

Top 10
ARXIV