www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı – FOTO
10 Oktyabr 2017 18:27

Oxunub: 173



Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

 



Oxşar xəbərlər
Top 10
ARXIV