www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Xəzər dənizi sürətlə quruyur
30 Avqust 2017 16:17

Oxunub: 342



Hazırkı qlobal istiləşmə davam edərsə, Xəzər dənizinin Rusiya akvatoriyası 75 ilə quruya bilər.

Politico.az-ın verdiyi məlumata görə, bu barədə amerikalı, rusiyalı və fransalı ekspertlərin hazırladığı araşdırma materialında bildirilir.

“Geophysical Research Letters” jurnalında dərc olunan araşdırma materialında qeyd olunur ki, 1996-2015-ci illərdə Xəzər dənizində suyun səviyyəsi hər il 7 sm azalıb. Ümumilikdə bu müddət ərzində suyun səviyyəsi 1,4 metr düşüb.

Ekspertlər Xəzərdə suyun səviyyəsinin daha da düşəcəyi proqnozunu verirlər. Bu, daha çox Xəzərin Rusiya və Qazaxıstana düşən şimal hissəsində baş verəcək. İstiləşmənin bu templə davam edəcəyi təqdirdə, həmin ərazinin 75 ilə quruyacağı proqnozlaşdırılır.

Qurumaya səbəb kimi atmosferin üst təbəqəsində temperaturun artması göstərilir.

Politico.az



Oxşar xəbərlər

Top 10
ARXIV