www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi istefa verdi
15 Avqust 2017 09:48

Oxunub: 45



BMT baş katibinin Kipr məsələsi üzrə xüsusi nümayəndəsi Espen Bart Eydenin istefası rəsmiləşib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq bildirib.

“BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi Espen Bart Eyde yaxın zamanlarda ölkəsi Norveçdə qanunverici orqana seçkilərdə iştirak etmək üçün rəsmi olaraq tutduğu vəzifədən azad olunmaq xahişi ilə baş katibə müraciət edib”, -deyə F.Haqın yazılı bəyanatında deyilir.

Qeyd edək ki, ötən ay İsveçrənin Kran-Montana şəhərində Şimali Kirp Türk Respublikası ilə yunan Kiprin nümayəndələri arasında münaqişənin nizamlanmasına dair danışıqlar nəticəsiz bitib. Bunun ardınca E. Bart Eyden Kiprin vəzifəsində qalmaq istəmədiyini bəyan edib. Espen Bart Eyden BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi vəzifəsində üç il çalışıb. Onun kiminlə əvəzlənəcəyi barədə hələ ki, məlumat verilmir.

Politico.az



Oxşar xəbərlər

Top 10
Prezident Ramiz Mehdiyevi “Şöhrət” ordeni ilə təltif edib – FOTO
Sabaha olan hava proqnozu açıqlandı
Tramp Suriyada Rusiya mövqelərini vurmağı təklif etdi
İRƏVANDA KÜTLƏVİ İTAƏTSİZLİK AKSİYALARI BAŞLADI – Tələbələr yolları bağlayır – CANLI
Sabaha olan hava proqnozu açıqlanıb
Aztəminatlı əhaliyə edilən yardımın məbləği açıqlandı
İLHAM ƏLİYEV AND İÇDİ – Yenilənib
Konstitusiya Məhkəməsi sabah qərar verəcək
Yerevanda etirazçılar prezident iqamətgahını blokadaya alıb
Atəşkəs rejimi 76 dəfə pozulub
ARXIV