www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Bu polisi “Azərbaycanın siması” seçdilər
14 Avqust 2017 12:48

Oxunub: 623



Xəbər verdiyimiz kimi, dünyanın nəhəng internet-portallarından olan MSN (Microsoft Network) əcnəbilərin ən rahat şəkildə viza ala biləcəkləri 5 ölkənin siyahısını dərc edib. Azərbaycan reytinqdə birinci yeri tutub.

Politico.az virtualaz.org-a istinadən xəbər verir ki, MSN ölkəmiz haqqında məlumatı “gülərüz polis əməkdaşı”nın fotoşəkli ilə müşayiət edib.

Bildirilir ki, bu yaxınlara qədər Azərbaycan viza almaq üçün ən çətin ölkələrin siyahısına daxil idi. “Ölkəni ziyarət etmək üçün viza alınması uzun və əzablı proses idi və uğura heç bir zəmanət yox idi. Lakin hakimiyyət (Azərbaycan hakimiyyəti – red.) elektron viza tətbiq etməklə təəccübləndirdi”, - məqalənin müəllifləri yazır.

 

 Politico.az

 



Oxşar xəbərlər
Top 10
ARXIV