www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Milli azadlığın qədrini, dədəm, canını bu yola verməyən bilməz - VİDEO
30 İyun 2017 23:40

Oxunub: 392



Səni qınamıram Bəyə daş atan
Bəyliyi bəyliyə erməyən bilməz.
İsti qucaqlara baş qoyub yatan,
Soyuq bucaqları görməyən bilməz.
 
Nədir kəşməkəşli insan həyatı?-
Yaşamayan sanar asan həyatı.
Nədir istibdadın zindan həyatı?-
Zindanlarda ömür sürməyən bilməz.
 
Çınqıllı yollarda yormayan qədəm
Qayaya xor baxar, dağa baxar kəm.
Milli azadlığın qədrini, dədəm,
Canını bu yola verməyən bilməz.
 
Dünən yumurtadan çıxan cücələr
Bilməz-çəkinirlər nədən beçələr?
Niyə qorxuludur qara gecələr?-
Ormanın qoynuna girməyən bilməz.
 
Ömür qurbanlıqsa müqəddəs yola
Sərf edə bilmərsən sağa və sola.
Ondan imtina da haramdır qula,
Halal bir meyvəni dərməyən bilməz
 
Heydər deyər: - saray necə tikilir,
Necə yer qazılır, özül tökülür,
Tikincə yolunda nələr çəkilir?-
Ömründə bir hasar hörməyən bilməz
 
Heydər Oğuz

Politico.az



Oxşar xəbərlər
Top 10
ARXIV