www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Polşa Almaniyadan gələn Rusiya qazından imtina etdi
22 İyun 2017 11:29

Oxunub: 81



«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşa Almaniya üzərindən keçməklə, «Yamal-Avropa» kəməri ilə axan Rusiya qazının alınmasını dayandırıb.

Polşanın «Gaz-System» qaz operatorunun nümayəndələri bunu belə izah ediblər: ««Yamal-Avropa» qaz kəməri ilə ötürülən keyfiyyətsiz qaz Polşa sisteminə buraxılmır» («PAP»).

Xəbər verildiyi kimi, sözügedən yanacaq qaz nəqliyyatı sistemi üzrə hərəkət və istismar təlimatının keyfiyyət parametrlərinə uyğun gəlmir.

«Gaz-System» qaz qəbulunu iyunun 21-də dayandırıb. Sistemin qaz-buraxılış qabiliyyətinin məhdudlaşdırılması iyunun 23-ə qədər davam edəcək.

Operator vəd edir ki, yaranmış vəziyyət qaz-nəqliyyat sisteminin işinə təsir göstərməyəcək.

Politico.az



Oxşar xəbərlər

Top 10
ARXIV